Ukrayna Polşanın “MiQ”lərini istəyir
Ukrayna prezidenti Volodimir Zelenski “MiQ” qırıcılarının təhvil verilməsi üçün Polşadan razılıq almaq istədiyini bildirib.
TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə o, özü bidirib.
"Bizə həqiqətən sizin MiQ-lər lazımdır, çünki onların yaxşı avionikası var və biz pilotların hazırlanmasına vaxt itirməyəcəyik" deyə Zelenski qeyd edib.
O qeyd edib ki, bu məsələni Polşa prezidenti Anjey Duda və Baş nazir Donald Tusk ilə söhbətlərində qaldırıb.
“Ancaq hələlik müsbət qərar yoxdur” deyə Zelenski yekunlaşdırıb.
Günəş Mərd
tag: Ukrayna, Zelenski, Polşa,Donald Tusk, Anjey Duda, todaypress.az,