Ukrayna Ordusunun əslən azərbaycanlı hərbçisi yaralandı

Dünya

17.01.2025 04:56

Donetsk vilayətində Ukrayna Ordusunun əslən azərbaycanlı hərbçisi yaralanıb.

TodayPress xəbər verir ki, Bəşirzadə Təyyar Əli oğlu Donetsk vilayətinin Pokrovsk şəhəri ətrafında güllə yarası alıb.

Hazırda vəziyyəti orta ağır olan azərbaycanlı Ukrayna şəhərlərinin birində xəstəxanaya yerləşdirilib.

Əslən Bərdə rayonundan olan T.Bəşirzadə uzun illərdir Ukraynanın Ternopıl şəhərində yaşayır, müharibəyə qədər bu ölkədə idman sahəsində fərqlənən azərbaycanlılardan olub.

tag: Ukrayna, Azərbaycanlı, Döyüşçü, Donetsk, todaypress.az,