Ukrayna ordusuna cəlb edilən məhbusların sayı açıqlandı

Dünya

30.07.2024 18:10

İyulun sonunadək 3823 nəfər həbsxanaları tərk edərək Ukrayna Silahlı Qüvvələrinin bölmələrinə gedib.

TodayPress xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb. 

Ukrayna Silahlı Qüvvələrində xidmət etməyə razılıq verən məhbusların bir hissəsi əvvəllər ağır cinayətlər, o cümlədən adam öldürmə, banditizm və hədə-qorxu ilə pul tələb etməyə görə həbs cəzası alıb. 

İyulun 24-də Ukrayna Ədliyyə Nazirliyi bildirib ki, şərti azadlığa çıxmaq müqabilində müqavilə imzalamaq istəyən qadın məhbuslar da Ukrayna ordusuna cəlb olunmağa başlayıb. 

Töhfə Səməd

tag: Ukrayna, Səfərbərlik, Məhbuslar,Cinayət, Həbsxana, todaypress.az,