Ukrayna ordusu Kurskda 100 rus əsgərini əsir götürdü

Dünya

14.08.2024 16:08

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna qüvvələri Rusiyanın Kursk bölgəsinə doğru irəliləməyə davam edir.

TodayPress xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb. 

O, Ukrayna Silahlı Qüvvələrinin bu gün müxtəlif istiqamətlərdə bir-iki kilometr irəlilədiyini deyib.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski isə ölkə başçısına məlumat verib ki, Kursk bölgəsində 100 rus əsgəri əsir götürülüb. Həmçinin Rusiya Hərbi Hava Qüvvələrinə məxsus “Su-34” qırıcısı məhv edilib.

Rusiya Müdafiə Nazirliyi isə Ukrayna Silahlı Qüvvələrinin 6 hücumunu dəf etdiyini və 4 briqadasını darmadağın etdiyini bildirib. Bundan başqa hava hücumundan müdafiə sistemlərinin dörd “Toçka-U” raketini vurduğu qeyd olunub.

Töhfə Səməd

tag: Ukrayna, Rusiya, Aleksandr Sırski, Su-34, Hərbi Hava Qüvvələri, todaypress.az,