Ukrayna ordusu geri çəkildi, ruslar bayraq qaldırdılar

Dünya

11.11.2024 14:10

Ukraynanın Donetsk vilayətinin Makarovka qəsəbəsində Rusiya bayrağı ucaldılıb.

TodayPress xəbər verir ki, bu barədə Rusiya İctimai Palatasının komitə sədri Vladimir Roqov “Teleqram” kanalında yazıb.

Roqov bildirib ki, Rusiya ordusunun fəal hücumları nəticəsində Ukrayna qüvvələri sözügedən ərazidən geri çəkiliblər.

“Hərbiçilərimiz bu yaşayış məntəqəsində Rusiya bayrağını qaldırıblar” qurum rəsmisi bildirib.

tag: Ukrayna, Donetsk, Makarovka, Rusiya, Hərbçilər, todaypress.az,