Ukrayna ordusu F-16 qırıcıları ilə təchiz olundu

Dünya

01.08.2024 09:25

2239

Ukrayna Silahlı Qüvvələri Niderlanddan 6 ədəd F-16 qırıcısı alıb. 

TodayPress xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb. 

Qeyd olunub ki, Ukrayna tezliklə Danimarkadan da hərbi yardım alacaq.

Bundan başqa “The Daily Telegraph” yazıb ki, Ukrayna Silahlı Qüvvələri artıq F-16 qırıcılarını strateji məntəqələrdə hava hücumundan müdafiə sistemi kimi yerləşdirib.

Xatırladaq ki, iyulun 31-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukrayna Silahlı Qüvvələrinin NATO-dan alınan F-16 qırıcılarından yayın sonuna kimi istifadə etməyə başlaya biləcəyini demişdi.

Günəş Mərd

tag: Ukrayna, Danimarka, Ağ Ev, Şura, NATO, todaypress.az,