Ukrayna ordusu 30 min pilotsuz təyyarə alacaq

Dünya

06.12.2024 18:42

Ukrayna Müdafiə Nazirliyi gələn il Ukrayna Silahlı Qüvvələrini (AFU) 30 mindən çox xüsusi uzaq mənzilli pilotsuz uçuş aparatları ilə təchiz etmək niyyətindədir. 

TodayPress xəbər verir ki, bu barədə hərbi idarə öz “X” hesabında məlumat yayıb.

“Bu yeni nəsil pilotsuz təyyarələr uzun məsafələrdə avtonom şəkildə fəaliyyət göstərə və düşmən hədəflərini yüksək dəqiqliklə vura bilir” deyə məlumatda bildirilir.

Ukrayna Müdafiə Nazirliyindən vurğulanıb ki, istehsal qismən xarici tərəfdaşlar tərəfindən maliyyələşdirilir. 

Günəş Mərd

tag: Ukrayna, Ordu ,Təyyarə ,Pilotsuz ,todaypress.az,