Ukrayna nüvə bombası yaradacaq?

Dünya

20.11.2024 10:30

Ukraynada Donald Trampın Ağ Evə qayıtması fonunda nüvə silahı yaratmaq barədə düşünənlər var, lakin bu real görünmür. 

TodayPress xəbər verir ki, bu barədə “Der Spiegel” yazıb.  

Materialda deyilir: 

“Vəziyyət mürəkkəbdir: bir tərəfdən Ukrayna prezident Volodimir Zelenskinin ABŞ-nin 47-ci prezidenti Donald Trampla söhbətində ölkəsinin ya NATO-nun bir hissəsi olması, ya da özünü nüvə silahı ilə müdafiə etməli olduğunu söyləyib.  Digər tərəfdən, Kiyevin Xarici İşlər Nazirliyi açıq şəkildə bildirir ki, Ukrayna nüvə silahı hazırlamaq və ya əldə etmək istəmir”.

Nəşr həmçinin qeyd edir ki, Ukraynanın hazırda lazımi miqdarda yüksək zənginləşdirilmiş uran və silah dərəcəli plutonium, nüvə tullantılarını təkrar emal etmək imkanları yoxdur. Kiyev müvafiq zavodları tez bir zamanda tikə bilməyəcək.  Bu səbəbdən Ukraynanın bir neçə ildən sonra nüvə bombası yarada biləcəyi ilə bağlı bütün bəyanatlar cəfəngiyyatdır.

Günəş Mərd

tag: Ukrayna,Tramp,NATO,Nüvə,todaypress.az,