Ukrayna növbəti aylarda 50 min silah-sursat alacaq
Dünya
13.07.2024 13:00
Çexiyanın təşəbbüsü çərçivəsində Ukraynaya iyul və avqust aylarında 50 min silah-sursat göndəriləcək.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Çexiya prezidenti Petr Pavelin deyib.
Çexiya prezidenti onu da qeyd edib ki, Kiyev sentyabr ayından ilin sonuna kimi ayda 80 mindən 100 minədək sursat alacaq.
Rusiya tərəfi isə vəziyyətdən olduqca narazıdır. Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətində pilotsuz uçuş aparatından istifadə edərək FHN-nin əməkdaşına hücum edib.
Nazirlikdən bildirilib ki, yaralı şəxs dərhal xəstəxanaya yerləşdirilib.
Töhfə Səməd
tag: Ukrayna, Çexiya, Prezident, FHN, Rusiya, todaypress.az,