Ukrayna NATO-ya üzv olmaq şansını əldən verdi
Dünya
03.12.2024 12:49
2023-cü ildə Ukraynanın NATO-ya üzv olmaq və normal sülh müqaviləsi imzalamaq şansı var idi, lakin Kiyevin artıq belə bir şansı yoxdur.
TodayPress xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko özünün “Telegram” kanalında bildirib.
“Niyə biz həmişə səhv zamanda üzv oluruq, lazım olanda yox? 2023-cü ildə, əks-hücumdan əvvəl biz NATO üzvlüyünü və normal sülh müqaviləsini əldə edə bilərdik” deyə o, qeyd edib.
Qonçarenkonun sözlərinə görə, 2024-cü ildə Ukraynanın artıq belə şansı yoxdur. O, Ukrayna lideri Volodimir Zelenskinin ölkəni Kiyevin güc mövqeyini itirdiyi həddə çatdırdığını vurğulayıb.
Töhfə Səməd
tag: Ukrayna, NATO, Zelenski, Kiyev, todaypress.az,