“Ukrayna NATO silahlarından istifadə edir”
Dünya
11.12.2024 10:19
“Ukrayna Silahlı Qüvvələrinin millətçi batalyonları əsasən NATO istehsalı olan silahlarla təchiz olunub”.
TodayPress xəbər verir ki, bunu “RİA”ya müsahibəsində Cənub qoşun qrupunun 56-cı ayrı-ayrı xüsusi təyinatlılar batalyonunun zabiti Mulya bildirib.
Onun sözlərinə görə, döyüş meydanında ən çox xaricdə istehsal olunan zirehli texnikalar nəzərə çarpır.
“Zirehli maşınlar Kanada, Türkiyə və Amerikadandır. “M2 Bradley” piyadaların əsas döyüş maşını kimi görünür” deyə Mulya bildirib.
Bundan əvvəl Qərbin Suriya ordusunun arsenallarını Ukrayna Silahlı Qüvvələrinə verə biləcəyi barədə məlumat yayılmışdı. Xüsusilə, Suriyanın “MiQ-29” və “Su-24” təyyarələri Kiyevin itirdiyi qırıcıların əvəzini verə bilər.
Töhfə Səməd
tag: Ukrayna,NATO, Silah ,Qoşun ,todaypress.az,