Ukrayna NATO-dan təcili yardım istədi

Dünya

20.08.2024 18:05

Ukrayna NATO-dan təcili mühəndis və tikinti texnikası, o cümlədən yanğınsöndürən maşınlar və ekskavatorlar istəyib.

TodayPress xəbər verir ki, bu barədə Avro-Atlantik böhranlara cavab üzrə koordinasiya mərkəzinin bəyanatında deyilib. 

Alyansdan tələb olunan texnikalar arasında insanların təhlükəli ərazilərdən təxliyyəsi üçün 27 yanğınsöndürən maşın və yanğın nərdivanı, 27 ekskavator, o cümlədən 25 zirehli təcili tibbi yardım maşını var. Bundan əlavə, ağır texnika da daxil olmaqla, çəkisi 100 tona qədər olan yüklərin daşınması üçün “TROLL” təkərli 30 traktorun verilməsi istənilib. 

Töhfə Səməd

tag: Ukrayna, NATO, Alyans,Avro-Atlantik,Texnikalar, todaypress.az,