Ukrayna münaqişəsi 2025-ci ildə bitəcək - Kobaxidze

Dünya

30.07.2024 10:44

2242

Ukrayna münaqişəsi 2025-ci ildə başa çatacaq və bundan sonra Gürcüstanla ABŞ arasında münasibətlər yaxşılaşacaq.

TodayPress xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” televiziyasına müsahibəsində bildirib.

“Hər halda, düşünürəm ki, münaqişə gələn il bitəcək. Məhz bundan sonra istər Demokratik, istərsə də Respublikaçı administrasiya ilə istənilən münasibətləri bərpa etmək daha asan olacaq. Bu, nikbinliyimiz üçün əsasdır” deyə siyasətçi qeyd edib.

Günəş Mərd

tag: Ukrayna, Kobaxidze, Demokratik, Gürcüstan, Baş nazir, todaypress.az,