“Ukrayna münaqişədə artıq uduzub”

Dünya

05.08.2024 17:52

“Ukrayna artıq məğlub olduğu üçün Rusiyanın şərtləri ilə razılaşmalı olacaq”.

TodayPress xəbər verir ki, bunu NATO-nun Moskvadakı hərbi missiyasının keçmiş qərargah rəisi Harri Tabaç deyib. 

"Siz öz şərtlərinizi bir kənara qoyub, danışıqlar aparmalı olacaqsınız, çünki buna məğlub olmaq deyilir. Siz məğlub oldunuz” deyə o, ukraynalılara müraciətində bildirib. 

Tabaç əlavə edib ki, bu işdə kimin günahkar olması ilə bağlı müzakirələr sonraya buraxılmalıdır, lakin indiki mərhələdə Qərb Ukraynanı məcbur edəcək ki, Rusiyanın münaqişəni dayandırmaq üçün şərtlərini qəbul etsin. 

Töhfə Səməd

tag: Ukrayna, NATO, Rusiya, Qərb, Münaqişə, todaypress.az,