Ukrayna mülki şəxsləri hədəf alıb? - Minnixanovdan açıqlama

Dünya

21.12.2024 14:50

“Ukrayna Silahlı Qüvvələri mülki şəxslərə hücum edir”. 

TodayPress xəbər verir ki, bunu Tatarıstanın rəhbəri Rüstəm Minnixanov "Telegram" kanalında bildirib.

“Bu gün Kazan böyük PUA hücumuna məruz qalıb. Əgər əvvəllər sənaye müəssisələri hücuma məruz qalırdısa, indi Ukrayna dinc əhaliyə, evlərinə hücum edir” deyə o, yazıb.

Minnixanov əlavə edib ki, hadisə yerində operativ qərargah yaradılıb, təxliyə edilən sakinlər üçün müvəqqəti yerləşdirmə və isti yemək yerləri hazırlanıb.

Rusiya Müdafiə Nazirliyi bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin müxtəlif istiqamətlərdən üç dəfə Tatarıstana hücum etdiyini bildirmişdi. 

Töhfə Səməd

tag: Ukrayna ,Tatarıstan,Rüstəm Minnixanov,PUA ,Rusiya,todaypress.az,