Ukrayna müharibəni bitirmək üçün ərazilərindən imtina etməyəcək: Zelenski

Dünya

26.08.2024 05:23

Ukrayna Prezidenti Volodimir Zelenski cəbhə xətti boyunca müharibənin dayandırılması variantına hazır olmadığını və müharibəni bitirmək üçün ərazilərdən imtina etməyəcəyini vurğulayıb.


TodayPress xəbər verir ki, Zelenski bunu Hindistan mediasının nümayəndələri ilə görüşündə deyib.


Prezident bildirib ki, Ukrayna Hindistanın Baş naziri Narendra Modinin sülh ideyalarını müzakirə etməkdən məmnundur, lakin öz ərazilərindən, xalqından və dəyərlərindən imtina etməyə hazır deyil.

tag: Zelenski, Ukrayna, Rusiya,Müharibə,todaypress.az,