Ukrayna müdafiə xərclərini artırdı
Dünya
02.09.2024 18:18
Ukrayna Ali Radasının Büdcə Komitəsi müdafiə xərclərinin 500 milyard qrivna (təxminən 13 milyard ABŞ dolları) artırılmasını dəstəkləyib.
TodayPress xəbər verir ki, bu barədə ukraynalı deputat Yaroslav Jeleznyak məlumat yayıb.
Qanun layihəsini parlament komitəsinin 25 üzvü dəstəkləyib. Deputatın sözlərinə görə, sənədin müzakirəsi zamanı ciddi fikir mübadiləsi aparılıb, xüsusən də bəzi deputatlar dəyişiklik edilməsini təklif ediblər.
Ali Radanın deputatı Aleksey Qonçarenko isə bildirib ki, qanun layihəsi hələ təsdiqlənməmiş vergi artımlarından 30 milyard qrivnanın alınmasını nəzərdə tutur.
Qonçarenko milli telemarafonun maliyyələşdirilməsinə ayrılan 400 milyon qrivnanın müdafiəyə yönəldilməsini təklif edib.
Töhfə Səməd
tag: Ukrayna, Müdafiə Xərcləri, Aleksey Qonçarenko ,Ali Rada, todaypress.az,