Ukrayna müdafiə naziri dörd müavinini istefaya göndərdi
Dünya
01.10.2024 10:50
Ukraynanın müdafiə naziri Rüstəm Umerov dörd müavininin işdən azad edilməsi üçün ərizə verib.
TodayPress Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə nazir teleqram kanalında məlumat verib.
"Mən müdafiə nazirinin müavinləri - Stanislav Hayderin (nazirin Ofis rəhbəri vəzifəsinə keçir), Aleksandr Sergeyevin, Yuri Ciqirin, Lyudmila Daraqanın (dövlət katibi) işdən azad edilməsi barədə Nazirlər Kabinetinə təqdimat imzaladım" deyə məlumatda bildirilib.
tag: Ukrayna,Rüstəm Umerov,Stanislav Hayder,Aleksandr Sergeyev,Yuri Ciqir,Lyudmila Daraqa,todaypress.az,