Ukrayna MDB çərçivəsində daha iki sazişi tərk etdi

Dünya

06.09.2024 18:27

Ukrayna Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində daha iki sazişdən çıxıb. 

TodayPress xəbər verir ki, bu barədə ölkə hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk öz “Telegram” kanalında məlumat verib.   

O bildirib ki, Kiyev MDB Hökumət Başçıları Şurasının 2009-cu ildə qəbul edilmiş “Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin büdcə vəsaitlərindən maliyyələşən MDB orqanlarının vahid büdcəsi haqqında Əsasnaməyə dəyişikliklər edilməsi haqqında, habelə 2012-ci ilin mayında qəbul edilmiş “MDB orqanlarının maliyyələşdirilməsi prosedurunu tənzimləyən Müstəqil Dövlətlər Birliyinin normativ hüquqi aktlarına dəyişikliklər edilməsi haqqında” qərarından çıxıb. 

Qeyd edək ki, bundan əvvəl Ukrayna MDB çərçivəsində azad ticarət zonasında texniki maneələr haqqında sazişdən çıxıb. 

Günəş Mərd

tag: Kiyev, MDB, Ukrayna, Ticarət ,Ali Rada, todaypress.az,