Ukrayna MDB çərçivəsində 100-dən çox müqavilədən üz döndərdi
Dünya
02.08.2024 09:49
“Ukrayna MDB çərçivəsində bağlanmış 200-dən çox beynəlxalq müqavilənin iştirakçısı olaraq qalıb”.
TodayPress, “RİA”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, bunlar ilk növbədə ticarət-iqtisadi, sosial və humanitar xarakterli sənədlərdir və Kiyev hakimiyyəti üçün praktiki maraq kəsb edir. Onlardan biri də 2011-ci il 18 oktyabr tarixli “azad ticarət sazişi”dir.
Eyni zamanda, Ukrayna MDB-nin 134 sazişindən çıxıb. Lakin bunlar qarşılıqlı fəaliyyətin inkişafına təsir göstərəcək səviyyədə deyil.
Qeyd edək ki, MDB-nin Baş katibi Sergey Lebedev Ukraynanın Birlik ölkələrinə borclarını ödəməkdən imtina etdiyini bildirmişdi. Onun fikrincə, ölkə qurumdan çıxsa, heç kim ondan borclarını ödəməyi tələb etməyəcək.
Töhfə Səməd
tag: Ukrayna, MDB, Mariya Zaxarova, Sergey, todaypress.az,