Ukrayna Kurskda sutka ərzində 445-dən çox əsgərini itirdi

Dünya

31.12.2024 16:45

Ukrayna hərbçiləri son 24 saat ərzində Kursk istiqamətində 445-dən çox əsgər itirib. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Gün ərzində 445-dən çox hərbi qulluqçu, bir zirehli transportyor, 13 zirehli döyüş maşını və 22 avtomobil məhv edilib” deyə nazirlik bildirir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Kursk istiqamətində gedən döyüşlər zamanı Ukrayna 45980-dən çox hərbi qulluqçu, 262 tank, 204 piyada döyüş maşını, 143 zirehli personal daşıyıcısı, 1372 zirehli döyüş maşını, 1259 hərbi texnika, 337 artilleriya qurğusu, 42 "MLRS" işəsalma qurğusu itirib.

Töhfə Səməd

tag: Ukrayna ,Hərbçilər,Kursk ,Rusiya ,Müdafiə Nazirliyi,todaypress.az,