Ukrayna Kurskda Şimali Koreya hərbçilərini əsir götürdü
Dünya
11.01.2025 20:12
Ukrayna
Rusiyanın Kursk vilayətində ilk dəfə Şimali Koreya hərbçilərini əsir götürüb.
TodayPress xəbər verir ki, bu barədə
Ukrayna Prezidenti Volodimir Zelenski “X”də yazıb.
O bildirib ki, iki əsgər yaralı olsa
da, sağ qalıb və Kiyevə aparılıb:
“Bu asan məsələ deyil: Rusiya
qüvvələri və Şimali Koreyanın digər hərbi qulluqçuları adətən Şimali Koreyanın
Ukraynaya qarşı müharibədə iştirakına dair hər hansı sübutu silmək üçün öz
yaralılarını öldürürdülər. Bu iki şəxsi əsir götürən hərbçilərimizə
minnətdaram. Bütün hərbi əsirlərə olduğu kimi, bu iki Şimali Koreya əsgərinə də
lazımi tibbi yardım göstərilir. Mən Ukrayna Təhlükəsizlik Xidmətinə
jurnalistlərin bu məhbuslarla görüşməsinə icazə verməyi tapşırmışam. Dünya baş
verənlərlə bağlı həqiqəti bilməlidir”.
Ukrayna xarici işlər naziri Andrey
Sbiqa isə qeyd edib ki, Şimali Koreya qoşunları Ukraynaya qarşı müharibədə fəal
iştirak edirlər: “Bizə, Moskva və Pxenyandakı rejimlərə qarşı maksimum təzyiq
lazımdır”.
tag: Ukrayna, Koreya, Kursk, Moskva, Andrey ,Əsir, todaypress.az,