“Ukrayna Kurskda İtaliya silahlarından istifadə etmir”
Dünya
09.08.2024 15:19
“Ukraynaya təhvil verilən İtaliya silahlarından Kursk bölgəsinə edilən hücumda istifadə olunmur”.
TodayPress xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Qido Krosetto bildirib.
O, qeyd edib ki, İtaliyanın göndərdiyi silahlar Kiyev tərəfindən yalnız müdafiə məqsədləri üçün istifadə oluna bilər. Krosetto Kursk vilayətində başlayan qarşıdurma ilə bağlı məyus və narahat olduğunu da dilə gətirib.
Töhfə Səməd
tag: Ukrayna, Rusiya, İtaliya, Qido Krosetto, Kiyev, Kursk, todaypress.az,