Ukrayna Kurskda irəlilədi

Dünya

22.08.2024 09:24

Ukrayna qoşunları Kurskda aparılan əməliyyatlar çərçivəsində cüzi irəliləyişə nail olub.

TodayPress xəbər verir ki,  bu barədə "RBK-Ukrayna" məlumat yayıb. 

Geolokasiya görüntülərində 155-ci Dəniz Briqadasının pilotsuz təyyarə operatorlarının Vışnivka və onun ətrafında Ukrayna qüvvələrinə zərbələr endirdiyi görünür ki, bu da Ukrayna qoşunlarının dərinlikdə irəlilədiyini təsdiqləyir. 

Bundan başqa Rusiyalı hərbi bloqçu iddia edib ki, Ukrayna qüvvələrinin gücləndirilmiş taqımı Vışnivkadan Komarivka istiqamətində hücuma keçib. Lakin Rusiya pilotsuz təyyarələrinin zərbələri və tank əleyhinə idarə olunan raketlərdən endirilən zərbələr Silahlı Qüvvələrin bu yaşayış məntəqəsi daxilində mövqe tutmasına imkan verməyib. 

Digər rusiyalı hərbi bloqçu qeyd edib ki, Ukrayna qüvvələrinin taqımı Korenevoy istiqamətində hücumuna başlayıb, lakin uğursuz alınıb.

Günəş Mərd

tag: Ukrayna, Kursk, Rusiya,Zərbələr,Dəniz Briqadası, todaypress.az,