Ukrayna Kurskda böyük itki verdi

Dünya

17.09.2024 12:44

“Əhməd” xüsusi təyinatlıları Kursk vilayətində - Suca istiqamətində bir neçə rayonda möhkəmlənməyə cəhd edən Ukrayna qüvvələrinin çoxlu sayda əsgərini, həmçinin bir neçə PUA və özüyeriyən haubitsasını məhv edib. 

TodayPress xəbər verir ki, bunu “Əhməd” xüsusi təyinatlılarının komandanı Apti Alaudinov deyib.

O, əlavə edib ki, düşmən Veselo istiqamətini yarıb keçməyə çalışsa da, orada da itkilər verib.

tag: Kursk ,PUA ,Apti Alaudinov, Veselo ,Ukrayna ,todaypress.az,