Ukrayna Kurskda 74 yaşayış məntəqəsinin nəzarətini ələ keçirdi

Dünya

13.08.2024 20:50

Kursk vilayətində artıq Ukraynanın nəzarətində olan 74 yaşayış məntəqəsi var.


TodayPress xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Ukrayna prezidenti Vladimir Zelenskiyə məruzəsində bildirib.

 

Məlumata görə, son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri müxtəlif istiqamətlərdə 1 kilometrdən 3 kilometrədək irəliləyib.

 

“Mürəkkəb, gərgin döyüşlərə baxmayaraq, Kursk vilayətində qoşunlarımızın irəliləməsi davam edir, dövlətimiz üçün mübadilə fondu Ukraynanın nəzarəti altındadır və orada abadlıq işləri aparılır. Bu ərazilər üçün humanitar həllər davam edir” məlumatda qeyd olunub.

 

Aytac Müşfiq

 

tag: Ukrayna, Rusiya,Müharibə, Kursk,Aleksandr Sırski,todaypress.az,