Ukrayna Kurskda 270-dən çox hərbçi itirdi

Dünya

21.01.2025 18:42

Rusiya Silahlı Qüvvələri Ukraynaya məxsus Amerika istehsalı olan hərbi texnikanı məhv edib.

TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk istiqamətində sutka ərzində itkiləri 270-dən çox hərbçi, Amerika istehsalı olan bir "Abrams" tankı və bir "Bradley" piyada döyüş maşını olub.

"Eyni zamanda daha 3 zirehli transportyor, 9 zirehli döyüş maşını, 9 avtomobil, 3 artilleriya qurğusu, 1 minaatan və 2 elektron döyüş məntəqəsi məhv edilib" deyə nazirlik bildirib.

Nicat Osman

tag: Rusiya ,Hərbçi,Ukrayna,Silah,Qüvvə,todaypress.az,