Ukrayna Kurskda 26 min hərbçisini itirib?

Dünya

25.10.2024 15:25

İrlandiyalı jurnalist Çey Bouz Rusiya prezidenti Vladimir Putinin xüsusi əməliyyat zonasında Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin itkiləri ilə bağlı sözlərinə cavab verib. 

TodayPress xəbər verir ki, o, öz fikirlərini “X” sosial şəbəkə hesabında paylaşıb.

"Əslində, oradakı əsgərlər qurban verilir. Çünki Zelenski çox yaxşı bilir ki, sülhün gəlişi ilə seçkilər keçiriləcək və onun diktaturasının sonu çatacaq" deyə jurnalist bildirib.

Xatırladaq ki, oktyabrın 24-də Kazanda keçirilən BRICS sammitinin yekun mətbuat konfransında Putin qeyd edib ki, bir ay ərzində Ukrayna Silahlı Qüvvələri Kursk istiqamətində 26 min insan, həmçinin 19 min texnika itirib. Rusiya lideri əlavə edib ki, Ukrayna artıq sülh danışıqlarına başlamalıdır.

Töhfə Səməd

tag: Kursk, Ukrayna, Zelenski, Putin, BRICS, todaypress.az,