Ukrayna Kurska ən güclü briqadasını göndərdi
Dünya
09.08.2024 12:15
Ukraynanın ən yaxşı təchiz edilmiş və ən sürətli briqadalarından olan 80-ci Hava Hücum Briqadası Kursk vilayətində döyüşlərə qatılıb.
TodayPress xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
Nəşr bildirib ki, Ukraynanın hazırkı əməliyyatı digərlərindən fərqlidir. Burda hər birində 2000-ə qədər əsgərdən ibarət ən azı üç briqada iştirak edir. 22-ci və 88-ci mexanikləşdirilmiş briqadalar və 80-ci Hava Hücumu Briqadası var gücü ilə Rusiya ordusuna qarşı müqavimət göstərir.
Nərmin Tuncay
tag: Ukrayna, Hava Hücumu, Rusiya,Kursk,Briqada, todaypress.az,