Ukrayna Kursk əməliyyatının yeni fazasına başladı

Dünya

21.08.2024 15:10

Ukrayna ordusu Kurskdakı vacib yaşayış məntəqəsi uğrunda mübarizəyə başlayıb.

TodayPress xəbər verir ki, bu barədə “Unian.net” məlumat yayıb. 

Bildirilib ki, həmin məntəqə Rusiyanın Kurska hücum məqsədilə istifadə edə biləcəyi əsas yaşayış yeridir. Məntəqə hazırda Ukrayna hərbçilərinin nəzarəti altına keçib. 

Analitiklərin fikrincə, sözügedən ərazinin itirilməsi Rusiyanın mövqeyinə ciddi təsir göstərəcək. 

Bununla yanaşı, Rusiya Çasovoy-Yardakı qoşunlarını Ukraynadan çıxararaq, Kurska istiqamətləndirib. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatlara əsasən, Rus hərbiçiləri Jelannoye kəndini azad ediblər.

Töhfə Səməd

tag: Ukrayna, Kursk,Rusiya, Müharibə, Məntəqələr, todaypress.az,