Ukrayna Kursk AES-i hədəf aldı: Kreml Kiyevə xəbərdarlıq etdi

Dünya

04.10.2024 15:35

Ukraynanın Donetsk vilayətinin Uqledar şəhəri oktyabrın 3-də Rusiya Silahlı Qüvvələri tərəfindən nəzarətə götürülüb. 

TodayPress xəbər verir ki, bu barədə  Rusiya müdafiə naziri Andrey Belausov Prezident Vladimir Putinə məruzə edib. 

Qeyd edək ki, Uqledar Ukrayna Silahlı Qüvvələrinin Yujnodonetsk istiqamətində sonuncu əsas dayaq məntəqəsi olub. Bu məntəqənin itirilməsi nəticəsində Rusiya qoşunları Zaporojye vilayəti ilə sərhəddə yerləşən Velikaya Novoselka və Ukrayna qoşunlarının güclü müdafiə xətləri ilə təchiz etdiyi Kuraxovo istiqamətində irəliləyə biləcəklər.

Bundan əlavə, Uqledarın ələ keçirilməsi Donetsk-Mariupol avtomobil yolununun təhlükəsizliyini tam təmin edib və Volnovaxanı zərbə hədəfindən uzaqlaşdırıb.

Bundan başqa, eyni tarixdə Ukrayna Hərbi Qüvvələri Kursk AES-ə PUA ilə hücuma cəhd edib. Kremlin mətbuat katibi Dmitri Peskov hadisəni şərh edərkən bildirib ki, Kiyevin məlum hərəkətləri barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatlandırılıb.

O, Kiyevin Kursk AES-in təhlükəsizliyini təhdid edərək “odla oynamaqda” davam etdiyini  bildirib.

tag: Rusiya ,Zaporoji ,Ukrayna ,Donetsk-Mariupol, Peskov ,PUA ,todaypress.az,