“Ukrayna Kurksda tutduğu əraziləri ilhaq etmək niyyətində deyil”
Dünya
13.08.2024 16:13
“Ukrayna Rusiyanın Kurks vilayətində tutduğu əraziləri ilhaq etmək niyyətində deyil”.
TodayPress “RBK Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna XİN-in nümayəndəsi Georgi Tixiy bildirib.
O, vurğulayıb ki, Ukrayna ordusu Kursk vilayətində müvafiq məqsədlərə nail olur və Ukraynanın təhlükəsizliyi və müdafiəsi üçün lazım olduğu qədər hərəkət etməyə davam edəcək. Əlavə edib ki, Kursk vilayətindəki əməliyyat Rusiyanın Donetsk bölgəsinə əlavə bölmələr köçürməsinə imkan vermir və hərbi logistikasını çətinləşdirir.
Tixiyin sözlərinə görə, Kursk vilayətindəki əməliyyatın məqsədi ukraynalıların həyatını Rusiya zərbələrindən qorumaqdır.
tag: Kursk, Ukrayna, Rusiya, Donetsk,Georgi Tixiy, todaypress.az,