Ukrayna Kruska hücum etdi, 5 nəfər öldü

Dünya

29.06.2024 10:31

Ukraynaya məxsus pilotsuz uçuş aparatının Kursk vilayətindəki yaşayış binasına hücumu nəticəsində 5 nəfər ölüb.

TodayPress-in məlumatına görə, bu barədə vilayətin qubernatoru Aleksey Smirnov “Telegram” kanalında yazıb:

“Bu gecə Ukraynaya məxsus kvadrokopter Rılsk rayonunun Qorodişe kəndindəki yaşayış binasına hücum edib. Nəticədə ikisi azyaşlı olmaqla, 5 nəfər ölüb. İki nəfər Rılsk Rayon Xəstəxanasına aparılıb və orada onlara tibbi yardım göstərilib. Həlak olanların ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm” deyə qubernator qeyd edib.

tag: Ukrayna, Kruska, Hücum, Aleksey Smirnov, Qorodişe, todaypress.az,