Ukrayna Krıma “ATACMS”la zərbələr endirdi

Dünya

26.07.2024 14:28

Ukrayna Hərbi Hava Qüvvələri Krıma ATACMS raketlərindən zərbələr endirib.

TodayPress-in xəbərinə görə, buraxılan 4 raketdən ikisi hədəfə dəyib, ikisi isə zərərsizləşdirilib.

Bildirilib ki, atılan 13 raketdən bir neçəsi Saki hərbi aerodromuna düşüb. Eyni zamanda Rusiyaya məxsus hava hücumundan müdafiə sistemlərindən biri sıradan çıxarılıb.

Əraziyə dərhal təcili yardım avtomobilləri cəlb olunub. Ölən və yaralanların sayı barədə informasiya verilməyib. Bununla yanaşı, Simferopol ərazisi də raketlərin hədəfində olub.

Qeyd edək ki, tərəflər baş verənlərlə bağlı şərh verməyib.

tag: Ukrayna, Hərbi, Raket, Krım, Avtomobil, todaypress.az,