Ukrayna İsveçdən ilk "ACS-890" kəşfiyyat təyyarəsini təhvil aldı

Dünya

22.04.2025 05:05

6

Ukrayna İsveç tərəfindən vəd edilən iki "ACS-890" tipli radioelektron kəşfiyyat təyyarəsindən birincisini artıq təhvil alıb.

TodayPress xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb.

Təyyarənin ilk sınaq uçuşu ölkənin qərbində – Lvov üzərində həyata keçirilib.

Müdafiə qabiliyyətini artırmaq məqsədilə təhvil alınan təyyarə müasir radiolokasiya sistemi ilə təchiz olunub və hava kəşfiyyatı imkanlarını genişləndirməyə xidmət edəcək.

İsveç Müdafiə Nazirliyi bu təyyarələrin Ukraynanın hava kəşfiyyatı sahəsində imkanlarını əhəmiyyətli dərəcədə artıracağına inanır.

Bildirilir ki, "ACS-890" hava hədəflərini 400 kilometrə qədər məsafədən aşkar edə bilir və gələcəkdə ABŞ istehsalı olan F-16 qırıcı təyyarələri ilə inteqrasiya edilə bilər.

tag: Ukrayna, İsveç, Təyyarə, ACS-890, todaypress.az,