Ukrayna İsrail vətəndaşlarının ölkəyə girişini məhdudlaşdıracaq

Dünya

21.06.2024 23:07

Ukrayna İsrailin qeyri-dost addımlarına cavab olaraq israillilərin ölkəyə girişini məhdudlaşdıracaq.

TodayPress RİA Novosti-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna səfirliyi məlumat yayıb.

Səfirlik İsrail də daxil olmaqla vizasız rejimi olan ölkələrin vətəndaşlarının 90 günə yaşamaq icazəsi üçün müraciət etməli olacaqlarını və yeni qaydaların iyulun 1-dən qüvvəyə minəcəyini bildirib.

Ukrayna tərəfi israillilər, o cümlədən, zəvvarlar üçün də analoji tələblər tətbiq etmək qərarına gəlib. “İsrailin ukraynalı qaçqınların öz ölkələrinə girişini məhdudlaşdırmaq və bir çox ukraynalıya girişi qadağan etməsi ikitərəfli münasibətləri gərginləşdirib” deyə səfirlik vurğulayıb.

GÜNEL

tag: Ukrayna, İsrail, Səfirlik, Qaçqın, todaypress.az,