Ukrayna ispan döyüş modulu aldı
Dünya
26.08.2024 11:28
Kiyev hakimiyyəti zirehli maşınlarını “İspan Guardian 1.5” uzaqdan idarə olunan döyüş modulları ilə təchiz etməyə başlayıb.
TodayPress xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Yeni zirehli texnikanın fotoları yayımlanıb.
Qeyd edək ki, “Guardian 1.5” döyüş modulu alçaqdan uçan hava hədəflərini və yüngül zirehli maşınları məhv etmək üçün nəzərdə tutulub. Avadanlığa lazer məsafəölçən, gecə-gündüz kameraları da daxildir.
Töhfə Səməd
tag: Kiyev, Hakimiyyət, Guardian 1.5, Döyüş, Zirehli Maşınlar, todaypress.az,