Ukrayna İrana xəbərdarlıq etdi

Dünya

07.09.2024 14:00

Ukrayna ballistik raketlərin Rusiyaya ötürülməsi ehtimalı fonunda İrana xəbərdarlıq edib.   

TodayPress “RBK- Ukranya”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyatında bildirilir.  

Bəyanatda qeyd olunub ki, Xarici İşlər Nazirliyi İranın ballistik raketlərin Rusiyaya ötürülməsi ehtimalı ilə bağlı beynəlxalq mediada gedən xəbərlərdən narahatdır. 

“Biz bir daha İran İslam Respublikasının rəhbərliyini BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına görə Rusiyaya silah və hərbi texnika ötürməkdən çəkinməyə çağırırıq” deyə bəyanatda qeyd olunub.

 Günəş Mərd

tag: Ukrayna, İran ,Ballistik Raketlər ,Xarici İşlər Nazirliyi ,Silah, todaypress.az,