Ukrayna investisiya fondunu işə salır

Dünya

14.05.2025 11:25

9

Ukrayna ABŞ ilə bağlanmış resurs sazişi çərçivəsində investisiya fondunun işə salınması üçün bütün hazırlıq işlərini başa çatdırıb.

TodayPress xəbər verir ki, bu barədə Ukraynanın Baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko sosial şəbəkədə paylaşım edib.

Nazirin sözlərinə görə, mayın 14-ü ABŞ-nin Ukraynadakı işlər üzrə müvəqqəti vəkili Culi Devisə rəsmi nota təqdim olunub və bununla da fondun yaradılması üçün prosedurlar tamamlanıb.

Sviridenko qeyd edib ki, bu istiqamətdə danışıqlar aparan komanda prezident Volodimir Zelenskinin qarşıya qoyduğu tapşırığı uğurla yerinə yetirib.

O bildirib ki, Ukrayna ilə ABŞ arasında imzalanmış sazişdə borc öhdəliyi yoxdur və investisiyalar yalnız Ukrayna daxilində istifadə ediləcək.

Qiymət Mahir

tag: Ukrayna,ABŞ,İnvestisiya,Volodimir Zelenski,todaypress.az,