Ukrayna ilin sonuna qədər 8,5 milyard dollar yardım alacağına ümid edir
Dünya
12.12.2024 22:22
Ukrayna dekabr ayında xarici tərəfdaşlardan 8,5 milyard dollar maliyyə yardımı
alacağına ümid edir.
TodayPress xəbər verir ki, bunu Ukrayna Milli Bankının sədri Andrey Pışnı
bankın saytında yayımlanan mətbuat konfransında bildirib.
Ukrayna Milli Bankının sədr müavini Sergey Nikolayçuk bildirib ki, pul Avropa İttifaqının Ukraynaya yardım mexanizmi çərçivəsində ayrılacaq və məbləğ 4 milyard dollardan çox olacaq.
Bundan əvvəl BVF-nin yardımı - 1,1 milyard dollar, eləcə də digər tərəfdaşlardan təxminən 3 milyard dollar yardım planlaşdırılıb.
Ukrayna iki il dalbadal rekord kəsirlə büdcə hazırlayıb və bu kəsirin böyük hissəsini Qərb tərəfdaşlarının köməyi ilə ödəyəcəyinə ümidlidir.
Ukrayna Milli Bankı daha əvvəl bildirmişdi ki, Ukraynada inflyasiyanın səviyyəsi noyabrda illik 9,7%-dən oktyabrda 11,2%-ə yüksəlib.
Hazırda Ukrayna Milli Bankının inflyasiya hədəfi 5% olaraq qalır.
Aynur TAC
tag: Ukrayna, Yardım, Sergey, Andrey, Milli Bank, todaypress.az,