Ukrayna ilə bağlı məxfi hesabat Konqresə təqdim edildi

Dünya

10.09.2024 11:43

Bayden administrasiyası ABŞ Konqresinə Vaşinqtonun Ukrayna münaqişəsindəki strategiyasına dair məxfi hesabatını təqdim edib.

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, qanunvericilər nəhayət “çoxdan gözlənilən hesabatı” alıblar, lakin hələ də onunla tanış olmaq imkanına malik olmayıblar. 

Qeyd edilib ki, Konqresdəki Respublikaçılar aprel ayında Bayden administrasiyasından 2024-cü ilin büdcəsi, o cümlədən Ukraynanı dəstəkləmək üçün vəsait tələbi və s. məsələlərlə bağlı Ağ Evdən iyun ayına qədər hesabat hazırlamağı tələb ediblər. 

Xatırladaq ki, aprelin sonunda Bayden Ukrayna, İsrail və Tayvana silah tədarükünü bərpa etmək üçün ABŞ Konqresinin təsdiqlədiyi qanun layihələri paketini imzalayıb. Paketin həcmi 95 milyard dollar təşkil edib. Nəzərdə tutulan məbləğin 61 milyard dolları Kiyev üçün ayrılıb. Dövlət başçısı bu qanun layihələrini imzaladıqdan dərhal sonra Pentaqon Ukraynaya 1 milyard dollar dəyərində silah və texnika göndərdiyini açıqlayıb.

Rusiya prezidenti Vladimir Putin vurğulayıb ki, Ukraynaya yeni silahların verilməsi cəbhədəki vəziyyəti dəyişməyəcək. Bu, sadəcə münaqişənin uzanmasına gətirib çıxaracaq. 

Töhfə Səməd

tag: Ukrayna ,ABŞ, İsrail, Tayvan ,Bayden, todaypress.az,