Ukrayna iki uşağı Rusiyaya təhvil verdi

Dünya

27.11.2024 18:17

Ukrayna Qətərin vasitəçiliyi ilə iki uşağı Rusiyaya təhvil verib. 

TodayPress xəbər verir ki, bu barədə “RİA”  yazıb.

Ailələrin uşaqlarla görüşü Qətərin Moskvadakı səfirliyində baş tutub.

Qeyd olunub ki, Doha həm Rusiyada, həm də Ukraynada uşaqların ailələrinə qovuşması üçün fəaliyyətini davam etdirəcək.

Günəş Mərd

tag: Ukrayna, Qətər, Rusiya, Moskva, Uşaqlar, todaypress.az,