Ukrayna Gürcüstandakı diplomatını geri çağırdı
Dünya
09.09.2024 11:30
Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Mixail Xarişin geri çağırılıb.
TodayPress xəbər verir ki, bu barədə məlumatı Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa öz feysbuk hesabında paylaşıb.
O, bu barədə Ukrayna səfirləri və baş konsulları ilə görüşdən sonra paylaşım edib.
Sibiqa, eyni zamanda XİN rəhbərinin müavini İrina Borovetsin istefasının nəzərdən keçirilməsini təklif edib.
Xatırladaq ki, sentyabrın 5-də Ukrayna Ali Radası Andrey Sibiqanı ölkənin yeni XİN rəhbəri təyin edib. O, bu vəzifədə Dmitri Kulebanı əvəz edib.
tag: Ukrayna,Gürcüstan,Mixail Xariş,Andrey Sibiqa,XİN,Ali Rada,Dmitri Kuleba,todaypress.az,