"Ukrayna faktiki olaraq defolt vəziyyətindədir"
Dünya
02.07.2024 12:15
"Ukrayna faktiki olaraq artıq defolt vəziyyətindədir, lakin de-yure rəsmiləşdirilməsə də, ölkə hakimiyyəti xarici borcun restrukturizasiyası ilə bağlı kreditorlarla danışıqları davam etdirir".
TodayPress xəbər verir ki, bu sözləri Ali Radanın Maliyyə, vergi və gömrük siyasəti məsələləri komitəsinin üzvü Nina Yujanina bildirib.
“Bizim kommersiya borcumuzla bağlı problemimiz var ki, bu da nə az, nə çox 20 milyard dollardır” deyə Nina Yujanina əlavə edib.
Eyni zamanda o, Beynəlxalq Valyuta Fondunun Kiyevə özəl kreditorlarla kompromis əldə etməyə kömək edəcəyinə inandığını açıqlayıb.
Töhfə Səmədova
tag: Ukrayna, Defolt, Nina Yujanina, Ali Rada, Maliyyə, Vergi, todaypress.az,