Ukrayna əsgərləri İspaniyada təlim keçdi

Dünya

23.09.2024 13:45

Ukrayna Silahlı Qüvvələrinin 6 mindən çox əsgəri İspaniyada təlim keçib. 

TodayPress xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

“Avropa İttifaqının (Aİ) Ukraynaya dəstək missiyasının İspaniyada fəaliyyəti iki ildir, 6 mindən çox ukraynalı əsgərə təlim keçib. Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsi üçün 2022-ci ilin noyabrından 21 ixtisas üzrə 113 blok tədris olunub” deyə bildirilib. 

Xatırladaq ki, Avropa Komissiyası (AK) rəhbərinin birinci müavini Valdis Dombrovskisin sentyabrın 17-də verdiyi məlumata görə, Aİ dövlətləri 2022-ci ilin noyabrından bəri icma ölkələrinin ərazisində Ukrayna Silahlı Qüvvələrinin 60 minə yaxın hərbi qulluqçusuna təlim keçib və qışın sonuna qədər daha 15 min hərbi qulluqçu bu sıralara daxil olacaq. 

Töhfə Səməd

tag: Ukrayna ,Əsgərlər ,Təlim,Avropa Komissiyası ,Aİ ,todaypress.az,