Ukrayna ərazilərinin 25%-i Rusiyada qalacaq – Səfir
Dünya
26.07.2024 15:33
“Rusiya əsgərləri Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindən çıxarılmadan atəşkəs olarsa, Rusiyanın növbəti hücumlar üçün imkanları yaranacaq”.
TodayPress “RBK Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar deyib.
O, qeyd edib ki, iki ildən artıqdır davam edən müharibə beynəlxalq hüquq normaları çərçivəsində Ukraynanın ərazi bütövlüyünü qorunması ilə mümkün ola bilər.
"Heç bir başqa təklif nəzərdən keçirilməməlidir və bu səbəbdən biz onu rədd etdik" deyə səfir qeyd edib.
Bodnarın fikrincə, atəşkəs Ukraynanın 25%-ni Rusiyanın nəzarəti altında qoyacaq ki, bu da öz imkanlarını gücləndirmək və Ukraynaya hücumları bərpa etmək üçün ona vaxt qazandıracaq.
"Bizim sülhü təmin etmək üsullarımız çox sadədir. Bu, rus qoşunlarının çıxarılması və beynəlxalq hüququn qorunmasıdır. Bundan sonra başqa imkanlar haqqında danışmağa başlaya bilərik" Bodnar əlavə edib.
Günəş Mərd
tag: Rusiya, Ukrayna, Bodnar, Hücumlar, Müharibə, todaypress.az,