Ukrayna əcnəbilərin ölkəyə girişi üçün elektron xəbərdarlıq sistemi tətbiq edəcək
Ukrayna vizasız giriş hüququndan istifadə edən
əcnəbilər üçün ölkəyə daxil olmaq niyyəti barədə elektron bildiriş sistemini
tətbiq etməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna KİV-i
Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) mətbuat xidməti məlumat yayıb.
“Hərbi vəziyyət dövründə sərhəd və miqrasiya
nəzarətinin, eləcə də əks-kəşfiyyat rejiminin gücləndirilməsi məqsədi ilə
keçirilən görüşdə Ukrayna ilə vizasız giriş rejimi olan ölkələrin siyahısının
müəyyən edilərək təsdiq edilməsi təklif olunub” MTMŞ-dən qeyd edilib.
İclasda həmçinin milli təhlükəsizlik baxımından ölkə
ərazisində qalması arzuolunmaz əcnəbilərin Ukraynaya girişinin qadağan edilməsi
üçün mexanizmin yaradılması məsələləri də müzakirə olunub.
tag: Ukrayna, VİSA,MTMŞ,todaypress.az,Rusiya,