Ukrayna döyüş meydanına yeni silah çıxartdı

Dünya

24.08.2024 14:40

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, avqustun 24-də ölkə Silahlı Qüvvələri ilk dəfə yeni silahdan – “Palyanitsa” pilotsuz uçan raketdən istifadə edib.

TodayPress xəbər verir ki, o, bu barədə “Telegram” kanalında məlumat yayıb.

Zelenski silahın dəqiq harada istifadə edildiyini açıqlamayıb.


Günəş Mərd

tag: Ukrayna,Döyüş,Silah,Palyanitsa,PUA,Raket,todaypress.az,