Ukrayna Donbasdakı mövqelərini bərpa etdi
Dünya
05.09.2024 10:13
Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətində Maksimilianivkada itirilmiş mövqelərini geri qaytarıb.
TodayPress xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.
Qeyd olunub ki, sentyabrın 4-də Xarkov vilayətinin şimalında məhdud mövqe döyüşləri davam edib, lakin bu ərazidə cəbhə xəttində təsdiqlənmiş dəyişiklik olmayıb.
Eyni zamanda Rusiya qoşunlarının Donbasda irəliləməsinin qarşısı alınıb.
Rusiya və Ukrayna mənbələri döyüşlərin Vovçanskda, eləcə də Liptsi və Hlıboki yaxınlığında getdiyini bildirib.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, sentyabrın 4-ü axşam saatlarında cəbhədə ümumilikdə 164 döyüş toqquşması baş verib.
Günəş Mərd
tag: Xarkov, Ukrayna ,Baş Qərargah, Cəbhə ,Donbas ,todaypress.az,