Ukrayna dollardan avroya keçməyi düşünür
Ukrayna dünya ticarətindəki parçalanma və Avropa İttifaqı ilə inteqrasiya prosesinin dərinləşməsi fonunda ABŞ dollarından avroya keçidi mümkün variant kimi qiymətləndirir.
TodayPress xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankının rəhbəri Andrey Pışnıy “Reuters”ə açıqlama verib.
“Avro milli valyuta – qrivna üçün əsas bazis valyutaya çevrilə bilər. Bu məsələ kompleks hazırlıq tələb edir” deyə o bildirib.
Onun sözlərinə görə, hazırda ölkənin valyuta bazarında əməliyyatların əksəriyyəti dollarla aparılır, lakin avro ilə əməliyyatların payı “mülayim artım” nümayiş etdirir.
Qiymət Mahir
tag: Ukrayna,Avro,Dollar,Keçid,Todaypress.az,